Milli Parkda elektron skuterdən yıxılan qızın aldığı xəsarətlə bağlı AÇIQLAMA

26
May
19:18
thumb_down 0

"Milli Parkda elektron skuterdən yıxılan qız qapalı kəllə-beyin travması alıb".

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumatda qeyd olunub ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Dənizkənarı Bulvar ərazisindən 25 may tarixində saat 15:18-də 13 yaşlı şəxsin (cinsi qadın) yıxılması səbəbi ilə çağırış daxil olub.

"Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə, 13 yaşlı şəxs qapalı kəllə-beyin travması diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub".

Xatırladaq ki, ötən gün Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır .

Əzizə İsmayılova