Banqladeş və Hindistanda bir milyon insan evlərini tərk etməyə məcbur qala bilər - SƏBƏB

27
May
05:18
thumb_down 0

Güclü "Remal" siklonu səbəbindən Banqladeş və Hindistanda 1 milyon insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Banqladeş Meteorologiya İdarəsinin məlumatına görə, fırtına dünən axşam yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 19:00) ölkənin cənub-qərbinə çatıb. Küləyin sürəti 120 km/saat olub.

Hindistanın Banqladeşlə qonşu olan Qərbi Benqal əyalətinin paytaxtı Kəlküttə şəhərinin hava limanı uçuşları dayandırıb, bu ştatın bəzi ərazilərində dəmir yolu əlaqəsi kəsilib. Yerli əhali üçün birbaşa təhlükənin olduğunu göstərən narıncı xəbərdarlıq elan edilib.

Mənbə: Agence France-Presse