Ötən həftə azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb

27
May
09:54
thumb_down 0

Ötən həftə işğaldan azad olunan ərazilərdə xeyli silah-sursat tapılıb

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həyata keçirilən tədbirlərlə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, səkkiz tapança, üç pulemyot, 15 tüfəng, 62 qumbara, iki qumbaraatan, bir mərmi, iki partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10 151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə bir pulemyot, bir tapança, 16 qumbara, bir qumbaraatan, yeddi mərmi, bir mina, altı patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.