İrəvanda polislə aksiya iştirakçıları arasında toqquşma: Yüzlərlə saxlanılan var

27
May
12:18
thumb_down 0

Ermənistanda keçirilən aksiyalar zamanı saxlanılanların sayı 240 nəfərə çatıb.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda həmçinin qeyd olunur ki, onlar İrəvanın müxtəlif polis bölmələrində saxlanılırlar.

11:15

İrəvanda bu gün keçirilən etiraz aksiyasında saxlanılanların sayı 226 nəfərə çatıb.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, saxlanılanlar arasında Ermənistan parlamentinin deputatı Aşot Simonyan da olub.

Qeyd olunur ki, polislər toxunulmazlıq haqqında qanunu pozaraq Ermənistan parlamentinin deputatını da saxlayıblar.

İrəvandakı polis bölmələrindən birinə aparılan Aşot Simonyan bir müddət sonra sərbəst buraxılıb.

10:34

Ermənistanda keçirilən vətəndaş itaətsizliyi aksiyasında saxlanılanların sayı 196 nəfərə çatıb.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

09:00

Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə vətəndaş itaətsizliyi aksiyaları davam edir.

Artıq səhər saatlarında İrəvanın mərkəzində polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Ermənistan hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polisə müqavimət göstərən 67 nümayişçi saxlanılıb.

08:38

Ermənistanda bu gün səhər saatlarından etibarən "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının fəalları vətəndaş itaətsizliyi aksiyasına başlayıblar.

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

Qeyd olunub ki, fəallar İrəvan-Əştərək yolunu bağlayaraq nəqliyyatın hərəkətini iflic ediblər.

Məlumat üçün əlavə edək ki, İrəvan-Əştərək magistralı Ermənistanın cənubuna, İranla sərhəddə aparan yoldur.