Gəncədə avtomobil yolunun aşınması ilə bağlı AÇIQLAMA

27
May
14:18
thumb_down 0

Bir neçə gün öncə Gəncədə 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəldiyi ilə bağlı görüntülər yayılıb.

Sakinlərin şikayətlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradıb. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən seher.media-a bildirilib ki, sözügedən məsələ ilə əlaqədar icra hakimiyyətinin başçısı aparatının əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:

"Baxış zamanı məlum olub ki, son zamanlar Qərb bölgəsində yağan aramsız yağışlar səbəbi ilə Gəncəçayda sululuğun artması nəticəsində çayın, şəhərin F.Həsənov küçəsindən N.Gəncəvi prospektinə qədər olan 2,4 km-lik hissəsinin sol sahilindəki bəndlər aşınıb. Yaranmış təhlükənin aradan qaldırılması məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət ünvanlanıb", - deyə məlumatda qeyd edilib.