Səudiyyə Ərəbistanı ilə Suriya arasında 12 ildən sonra bir ilk

27
May
15:18
thumb_down 0

Səudiyyə Ərəbistanı 12 ildən sonra Suriya ilə diplomatik əlaqələri bərpa edib.

Səudiyyə Ərəbistanının rəsmi "Saudi Press" (SPA) agentliyinin məlumatına görə, Faysal Əl-Mudjil Səudiyyə Ərəbistanının Suriyadakı səfiri təyin edilib.

Qeyd olunur ki, Faysal Əl-Mudjil 2012-ci ildə Səudiyyə Ərəbistanının Dəməşqdəki səfirliyi qapadılandan sonra Ər-Riyadı Suriyada təmsil edəcək ilk diplomat olacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və Körfəz ölkələri Suriyada vətəndaş müharibəsi başlayandan sonra müxalif qüvvələrə dəstək vermişdilər.