Kürdəxanıda əks yola çıxan "Hyundai" sürücüsü qəza törətdi - ANBAAN GÖRÜNTÜLƏR

27
May
16:54
thumb_down 0

Bakının Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş vermiş qəza anbaan kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 25-də səhər saatlarında qeydə alınıb.

Belə ki, 20-BX-363 dövlət nömrə nişanlı VAZ-2106 markalı maşın 19-BX-380 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı avtomobilə çırpılıb. Yola baxmadan hərəkət edən "Hyundai Elantra"nın sürücüsü qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxıb. Bu zaman sol tərəfdən gələn VAZ-la toqquşub və zərbənin təsirindən fırlanıb.

Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Xoşbəxtlikdən sürücülər arasında xəsarət alan olmayıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma davam edir.

Kürdəxanıda əks yola çıxan "Hyundai" sürücüsü qəza törətdi - ANBAAN GÖRÜNTÜLƏR

Kürdəxanıda əks yola çıxan "Hyundai" sürücüsü qəza törətdi - ANBAAN GÖRÜNTÜLƏR