XOCALI İDMAN KLUBUNUN TƏŞKİL ETDİYİ KLUBLARARASI "YOLDAŞLIQ GÖRÜŞÜ"

27
May
19:15
thumb_down 0

Bir çox çempionlar yetişdirmiş Xocalı İdman Klubu 26 may tarixində klublararası yoldaşlıq görüşü təşkil etmişdir. Bu yarışda bir çox klub öz idmançıları ilə iştirak edirdilər.

"Xocalı" İdman Klubu - Məşqçi Əli Cəfərov

"Qartal" İdman Klubu - Məşqçi Elşən Nağıyev

"Zülfüqar"  İdman Klubu - Məşqçi Fərrux Zülfüqarov

"Golden Rinq"  İdman Klubu - Məşqçi Orxan Əkbərli

"Polkovnik"  İdman Klubu - Məşqçi Dəyanət Bəxtiyarov

"Xankəndi" İdman Klubu - Məşqçi Əziz Məmmədov

"Qartal-2"  İdman Klubu - Məşqçi Zahid Ağaverdiyev

Yarışın hakimi - Naib Hüseynov 

Bu yoldaşlıq görüşünü həm də gənc idmançıların digər yarışlara hazırlığı kimi qiymətləndirmək olar. Belə ki, bu yarışda həmçinin dünya, Avropa, ölkə, həmçinin də Bakı çempionları iştirak edirdi. Gənc idmançıların hazırlıq prosesi yoldaşlıq görüşünün adına uyğun bir birilərinə dostcasına münasibətləri peşəkar məşqçilərin idmançıları düzgün yönəltdiklərinin göstəricisidir.

Gənc idmançılar, ölkəmizin bayrağını digər ölkələrdə dalğalandırmağa iddalıdırlar. Bu əzmlə hazırlıq keçən idmançılarımız yarışda göstərdikləri döyüşləri ilə öz sözlərini demiş sayılırlar. 

Xocalı İdman Klubunun prezidenti Ehram Məcidovbaş məşqçi Əli Cəfərovun təşəbbüsü ilə keçirilən yarışın hakimi Naib Hüseynov da döyüş haqqında öz fikirlərini bölüşdü. "Narkomaninaya yox deyək!" devizi altında fəaliyyət göstərən Xocalı İdman Klubu bütün yeniyetmələri və gəncləri idmanla məşgul olmağa dəvət edir.

Biz də SəhərMedia xəbər portalı olaraq, çəkiliş qrupu ilə bu yoldaşlıq görüşündə iştirak etdik və yeniyetmə idmançılarımızın döyüş səhnələrini lentə aldıq.