Rəfah bölgəsində İsrail və Misir qüvvələri arasında atışma: Ölən var

27
May
20:18
thumb_down 0

İsrail və Misir silahlı qüvvələri arasında Rəfah bölgəsində atışma baş verib.

Bu barədə "The Jerusalem Post" nəşri İsrail Müdafiə Qüvvələrindəki mənbələrə istinadən məlumat verib.

İsrail Müdafiə Qüvvələrindəki mənbənin sözlərinə görə, Misir əsgərləri İsrail əsgərlərini atəşə tutmağa başlayıblar və İsrail cavab atəşi açıb. Atışma nəticəsində bir Misir əsgəri həlak olub.

Hadisədən sonra İsrail Müdafiə Qüvvələrinin rəsmiləri atışmaya son verilməsi üçün Misir rəsmiləri ilə əlaqə saxlayıblar.