Makronun arvadı holokost qurbanlarının xatirəsinə hörmətsizlik edib

28
May
00:18
thumb_down 0

Almaniya və Fransanın birinci xanımları Elke Büdenbender və Bricit Makron Berlinin mərkəzindəki Holokost Memorialını ziyarət edərkən gülüblər.

Bu barədə "Bild" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makronun Almaniyaya dövlət səfərinin ikinci günündə Fransa və Almaniya başçıları həyat yoldaşları ilə birlikdə Berlinin mərkəzindəki Holokost memorialını ziyarət edib, əklillər qoyublar.

"Bild" qeyd edir ki, birinci xanımlar abidəni ziyarət etdikdən sonra strukturun qarşısında gülərək foto çəkdiriblər. Qəzet aydınlaşdırır ki, qadınları nəyin güldürdüyü bəlli deyil.