Şəmkir su anbarında batan şəxsin meyiti tapıldı

28
May
17:54
thumb_down 0

Mayın 23-də Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Zabit Paşa oğlu Baxşəliyevin meyiti tapılıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, meyit Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.