Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

28
May
19:54
thumb_down 0

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.

"Nissan" və KIA markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci maşında olan üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbi araşdırılır.