İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

29
May
01:54
thumb_down 0

28 May - Respublika Günü münasibətilə İstanbulun rəmzlərindən olan və şəhərin iki qitəsini birləşdirən körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

"Report" xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun təşəbbüsü, Türkiyənin dövlət qurumlarının dəstəyi ilə baş tutub.

Belə ki, İstanbulun "Fatih Sultan Mehmet", "15 İyul Şəhidləri" və "Yavuz Sultan Səlim" körpülərində Azərbaycan bayrağının rəngləri həkk olunub.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu da bununla bağlı sosial media hesabındakı paylaşım edib:

"Azərbaycan bayrağının rənglərinə bürünən İstanbul bu gecə daha da gözəl görünür. "Fatih Sultan Mehmet", "15 İyul Şəhidləri" və "Yavuz Sultan Səlim" körpüləri Can Azərbaycanın rənglərinə bürünüb. Azərbaycanın Müstəqillik Günü mübarək olsun".

 

22:01

Tbilisidə "Sülh körpüsü" və ən yüksək nöqtə sayılan televiziya qülləsi Azərbaycan Respublikasının bayrağı rənglərində işiqlandırılıb.

"Report" xəbər verir ki, 28 May - Müstəqillik Günü münasibətilə Gürcüstanda teleqüllə və körpü mavi, qırmızı və yaşıl rənglərlə işıqlandırılıb.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Bürc-Xəlifə" qülləsində də Azərbaycanın Dövlət Bayrağı əks olunub.

Dünyanın ən hündür tikilisi - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki "Bürc-Xəlifə" qülləsi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağının rənglərinə bürünüb. Artıq altı ildir ki, ənənə halını alan bu möhtəşəm hadisə bu il də dünyanın ən hündür binasında təkrarlanıb.

Bayrağımızın bu məşhur qüllənin üzərində əks olunması ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki diplomatik missiyalarının təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.