Binəqədidə 43 yaşlı qadını avtomobil vurub

29
May
09:18
thumb_down 0

Bakının Binəqədi rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1981-ci il təvəllüdlü Səfurə Azər qızı Şıxlını vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.