ABŞ-də hərbi təyyarə qəzaya uğrayıb

29
May
10:00
thumb_down 0

ABŞ-nin hərbi təyyarəsi Albukerke (Nyu-Meksiko) hava limanında qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə yalnız pilot olub və o, xəstəxanaya yerləşdirilib. Hadisədən sonra hava limanı artıq fəaliyyətini bərpa edib.

Havaya qalxdıqdan az sonra qəzaya uğrayan qırıcı təyyarənin "F-35" olduğu bildirilir.

Qeyd edək ki, bu qırıcılar hava-hava, hava-yer, kəşfiyyat toplama və elektron müharibə missiyalarını yerinə yetirə bilən gizli təyyarələr kimi təsnif edilir.

Mənbə: RBC