Lənkəranda Şirinsu kənd tam orta məktəbinin qəzalı vəziyyəti ilə bağlı AÇIQLAMA

29
May
16:18
thumb_down 0

"Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbi 1968-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir".

Bu məlumat Lənkəran-Astara Regional Təhsil İdarəsindən seher.media-ın sorğusuna verilən cavabda öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, 2007-ci ildə məktəbdə təhsil şəraitinin təmin edilməsi üçün köməkçi korpus tikilib və istifadəyə verilib. Hazırda bütün sinif otaqlarında tədris davam edir:

"Köhnə korpusun vəziyyəti ilə əlaqədar müvafiq qurumlar tərəfindən baxış keçirilib. Həmin binanın yenidən tikilməsinə ehtiyac olduğundan hazırda layihələndirilməsi prosesi üçün işlər görülür. Bu il üçün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə 100-ə yaxın təhsil müəssisəsində cari, üç müəssisədə əsaslı təmir planlaşdırılır, yeddi məktəbin isə tikintisinə başlanılıb".

Məlumatda o da vurğulanıb ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təmir-tikinti işləri təhsil müəssisələrinin şagird sayı və qəzalı vəziyyəti nəzərə alınaraq mərhələli şəkildə aparılır.

Xatırladaq ki, 60 ilə yaxındır tikilib istifadəyə verilən Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbinin binasının qəzalı vəziyyətdə olması ilə bağlı mediada

Əzizə İsmayılova