Yasamal rayonu 60 saylı bağçada ən hörmətli günorta yeməyi...

29
May
16:08
thumb_down 0

Yasamal rayonunda 60 nömrəli körpələr evi-uşaq bağçasından körpələrə verilən yeməklə bağlı sosial şəbəkələrdən fotofakt əldə etmişik. Bununla yanaşı dövlət bağçası olmasına baxmayaraq, hər uşaqdan aylıq 40 manat pul istənilməsi ilə də iddia var. Qeyd olunan bağçada direktor müavinin uşağı da olsa da, o uşağının yeməyini evdən gətirdiyi iddia olunur. Yəqin ki, bağçanın verdiyi qidanı öz uşağına rəva bilmir. Valideynlər tərəfindən hər uşaq üçün ödənilən 40 manat isə direktorun şəxsi büdcəsinə gedir. Bağçada keçirilən məşgələlərə isə valideynlər öz ciblərindən vəsait ayırmağa məcbur edilir. 

Bizdə "SəhərMedia" xəbər portalı olaraq yayılan xəbərlərə cavab almaq üçün bağça ilə əlaqə yaratmağa çalışdıq, lakin zənglərimizə cavab verən olmadı.

Yenidən qarşı tərəfi dinləməyə və deyilən iddialarla bağlı açıqlamalarını dinləməyə hazırıq.

441547382_8204006016327878_8464491970881471826_n 444456352_8204011166327363_7875132858037659669_n 445221574_8204239469637866_5802418078125937333_n 445811612_8204239312971215_7527754231935135174_n