Lerikdəki istirahət mərkəzində körpüdən yıxılan yeniyetmənin son durumu AÇIQLANDI

29
May
20:18
thumb_down 0

Lerikdə istirahət mərkəzinin birində körpüdən yıxılan 14 yaşlı yeniyetmənin son durumu açıqlanıb.

TƏBİB-dən seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 28-də 2010-cu il təvəllüdlü şəxs körpüdən yıxılma səbəbilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

"Ona qapalı kəllə-beyin travması, bədənin ümumi səthi travması diaqnozu qoyulub. Yeniyetməyə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən yeniyetmə mayın 29-da ailəsinin istəyi ilə Bakıya aparılıb".

Qeyd edək ki, Bakıdan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşmişdi. 2010-cu il təvəllüdlü oğlan ehtiyatsızlıqdan körpüdən yıxılaraq xəsarət almışdı.

Könül Cəfərli

14:39

Lerikdə istirahət mərkəzinin birində 14 yaşlı yeniyetmə körpüdən yıxılıb.

APA xəbər verir ki, Bakı şəhərinin Yasamal rayonundan Lerikə istirahətə gedən ailə bədbəxt hadisə ilə üzləşib.

Bakı sakini 2010-cu il təvəllüdlü H.B. ehtiyatsızlıqdan körpü üstündən aşağı düşüb. Yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyətinə uyğun olaraq müalicəsi xəstəxanada davam etdirilir.