Abşeronda yol-nəqliyyat hadisəsində xəsarət alan olub

31
May
08:36
thumb_down 0

Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Zəhra Aslan qızı Məmmədova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.