NATO Ukraynaya 200 milyard dollar ayıra bilər

31
May
08:54
thumb_down 0

NATO Ukraynaya dəstək üçün beş il ərzində əvvəlcədən planlaşdırıldığı kimi 100 milyard dollar deyil, iki dəfə çox vəsait ayırmaq variantını nəzərdən keçirir.

Bu barədə Almaniya və bəzi digər alyans ölkələrindəki mənbələrə istinadən "Handelsblatt" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu təklif alyansın xarici işlər nazirlərinin Praqada keçiriləcək iclasında müzakirə olunacaq və qərar qəbul olunarsa, iyulda Vaşinqtonda keçiriləcək sammitdə veriləcək.

İlk vəsaitlər ittifaq ölkələri liderlərinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammitində imzalayacaqları paket sazişlər çərçivəsində Ukraynaya köçürüləcək.

Mənbə: TASS