ANAMA sədri Qazaxın işğaldan azad olunan dörd kəndindəki minatəmizləmə əməliyyatlarından DANIŞDI

31
May
12:54
thumb_down 0

"Qazaxın işğaldan azad olunan dörd kəndində minatəmizləmə işləri aparılır".

seher.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

"İşğaldan azad olunan ərazilərə texnika və avadanlıqlar ayırırıq. Qazaxın kəndlərində hazırda ANAMA-nın 2 minatəmziləmə maşını cəlb olunub", - deyə o qeyd edib.

Nəzrin Vahid