XIRDALAN ŞƏHƏR HEYDƏR ƏLİYEV PARKININ "RƏSMİSİNDƏN" AÇIQLAMA

31
May
18:33
thumb_down 0

Saytımızda gedən 28 may 2024-ci il tarixində "XIRDALAN HEYDƏR PARKI, YOXSA KÜÇƏ TİCARƏTİ?!" başlıqlı məqalə ilə bağlı aydınlıq gətirmək üçün 31 may 2024-cü il tarixində Xırdalan şəhər Heydər parkının rəhbərliyi ilə görüşmək istədik və özünü parkın rəhbəri kimi təqdim edən Şahmarov Əli adlı şəxs müsahibə verməkdən imtina edərək, qısaca olaraq bütün piştaxtaların yalnız qazi və şəhid ailələrinə məxsus olduğunu və parkda yaranan küçə ticarəti görüntüsünü onların yaratdığını dedi.

Əli bəy adlı şəxs vurğuladı ki, parkda olan bütün piştaxtaların 90%-i qazilərə aiddir. Və bizə bildirdi ki, həmin bu piştaxtaları işlədən qaziləri icra hakimiyyətində və şəhər nümayəndəliyindən yollayırlar. Biz də onları "işlə" təmin edirik. 

Bizim "HƏMİN QAZİLƏRİN BİR NEÇƏSİ İLƏ TANIŞ EDƏ BİLƏRSİNİZMİ?" - sualına isə Əli bəy yayınaraq, "HAZIRDA ONLAR BURDA DEYİL", deyərək cavab verdi. 

Nəticə etibarı ilə belə qənaətə gəlmək olar ki, bu "işbazlar" qazi və şəhid ailələrinə dəstək adıyla özləri üçün kiçik biznes quraraq, Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkı küçə "ticarət mərkəzinə" çevirir. 

Ümid edirik ki, Abşeron rayon İcra Hakimiyyəti daxil olmaqla digər aidiyyatı qurumlar da bu məsələni araşdırıb tədbir görəcəklər.

"SəhərMedia" olaraq məsələ diqqətimizdədir!

Həmin o videonu yenidən diqqətinizə çatdırırıq: