Rusiyada qasırğa: Ölən və yaralananlar var

31
May
23:18
thumb_down 0

Mayın 31-də Rusiyanı Qaraçay-Çərkəz Respublikasında bir nəfər qasırğanın qurbanı olub.

Respublikanın Səhiyyə Nazirliyindən verilən məlumata görə, daha 6 nəfər xəsarət alıb.

Məlumata görə, qasırğa nəticəsində ağaclar qırılıb, binaların damlarına ciddi ziyan dəyib. Həmçinin, güclü külək tikinti kranını aşırıb. İntensiv dolu isə avtomobillərə və evlərin damlarına ziyan vurub.

Fövqəladə hava şəraitinin fəsadları müvafiq xidmətlər tərəfindən aradan qaldırılır. Zərərçəkənlər ambulator müalicə alırlar.

Mənbə: ura.ru