Cenevrə avtosalonu sərgilərini dayandırdı

1
İyn
08:54
thumb_down 0

Cenevrə Beynəlxalq Avtomobil Sərgisinin (GIMS) rəhbərliyi 2025-ci ildə bu tədbiri keçirməkdən və şəhərdə gələcək fəaliyyətlərdən imtina edib.

Mətbuata bəyanatda deyilir ki, məşhur sərgilərin 120 illik tarixinə son qoyan bu addım avtomobil sənayesindəki qeyri-müəyyən vəziyyət, Avropada bu cür böyük tədbirlərə marağın azalması və digər sərgi meydançaları tərəfindən rəqabətin artması ilə əlaqədardır.

Hərçənd, sərginin rəhbərliyi COVID pandemiyasının yaratdığı dörd illik fasilədən sonra 2024-cü ilin fevral-mart aylarında keçirilən Cenevrə avtosalonunun uğurla baş tutduğunu bildirib. Tədbirdə 19 avtomobil istehsalçısı və 168 min ziyarətçi iştirak edib.

Qeyd edək ki, Cenevrə avtosalonu ilk dəfə 1905-ci ildə keçirilib və uzun müddət qlobal avtomobil sənayesinin nailiyyətlərinin ən nüfuzlu şoularından biri hesab olunub. Populyarlığının zirvəsində sərginin sahəsi 120 min kvadratmetrə çatıb və burada 120-yə qədər şirkət iştirak edib, ziyarətçilərin sayı isə 600 mini keçib.

Mənbə: TASS