Şamaxıda it 36 yaşlı kişiyə hücum edib

1
İyn
11:18
thumb_down 0

Şamaxı sakinini it dişləyib.

Lent.az xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb.

Hadisə nəticəsində kənd sakini, 1988-ci il təvəllüdlü Balayar Qəniyevə it hücum edərək qulağı və baş nahiyəsindən xəsarət yetirib.

Rayon mərkəzi xəstəxanasına aparılan şəxsin vəziyyətinin orta ağır olduğu bildirilir.