Qəbələdə 30 yaşlı kişi itkin düşüb

1
İyn
19:18
thumb_down 0

Qəbələ rayonunun Daşca kənd sakini, 1994-cü il təvəllüdlü Elmin Firidun oğlu Hümbətov mayın 14-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 169 santimetr, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024) 205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.