Əziz Səncər: "Söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam"

1
İyn
19:36
thumb_down 0

"Mən söz vermişdim ki, qələbədən sonra Şuşaya gedib namaz qılacağam. Çox şükür ki, bu arzumu yerinə yetirə bildim".

"Report" xəbər verir ki, bu sözləri Naxçıvan Dövlət Universitetində tələbələrlə görüşdə Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib.

"44 günlük Qarabağ savaşını yaxından izləyirdim. 44 gün heç bir işlə məşğul olmadım. Bütün günü kompüter arxasında xəbər saytlarını, sosial şəbəkə hesablarını və televiziyaları izləyirdim.

Mənim üçün Qarabağ zəfəri Türkiyənin qurtuluş savaşından sonra Türk dünyasındakı ən böyük zəfəridir", - Ə.Səncər bildirib.