Güclü külək ağacı yolun ortasına aşırdı

1
İyn
23:36
thumb_down 0

Bakı və Abşeron yarımadasında hazırda müşayiət edilən güclü külək ilk fəsadlarını törətməyə başlayıb.

seher.media xəbər verir ki, axşam saatlarında əsən güclü külək ağacı yolun orta hissəsinə aşırıb.

Hadisə Bakının Suraxanı rayonunda qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində yavaşıma yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.