Almaniyada təbii fəlakət nəticəsində sürət qatarı relsdən çıxdı: Ölən var

3
İyn
07:18
thumb_down 0

Almaniyanın cənub-qərbindəki Baden-Vürtemberq əyalətində leysan yağışlar sonrası yaranan torpaq sürüşməsi nəticəsində Ştutqarta doğru hərəkət edən sürət qatarının iki vaqonu relsdən çıxıb.

Yerli polisin verdiyi məlumata görə, 185 sərnişindən heç biri xəsarət almayıb.

Qeyd olunub ki, ölkənin cənubunu bürüyən pis hava şəraiti səbəbindən yanğınsöndürən ölüb. O, insanları selin nəticələrindən xilas etmək üçün keçirilən əməliyyatda iştirak edib və batan qayıqda olub.

Həmçinin, Bavariyanın bir neçə bölgəsində isə hava şəraiti ilə əlaqədar artıq fövqəladə vəziyyət elan edilib. Auqsburq, Bamberq, Nürnberq və Reqensburq ərazilərində, eləcə də Svabiya Alb bölgəsində vəziyyət xüsusilə təhlükəlidir.

Mənbə: TASS