Hakan Fidan: "Türkiyə BRICS-ə qoşulmaq istəyir"

4
İyn
13:54
thumb_down 0

"Türkiyə BRICS-ə qoşulmaq istəyir, bu məsələ birliyə daxil olan ölkələrin nazirlərinin Nijni Novqorodda keçiriləcək iclasında müzakirə olunacaq".

Bu sözləri Çində səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Əlbəttə, biz BRICS-ə üzv olmaq istərdik. Görək bu il nəyə nail ola bilərik", - deyə nazir bildirib.

Qeyd olunur ki, Fidan Pekində keçirilən tədbir zamanı, həmçinin BRICS ölkələrinin nazirlərinin Rusiyada keçiriləcək görüşündə iştirak edəcəyinə ümid edir. Bu görüşdə gündəmdə duran mövzulardan birinin NATO üzvü Türkiyənin BRICS-ə qoşulma ehtimalı olacağı gözlənilir.

Mənbə: South China Morning Post