ABŞ qitələrarası ballistik raket buraxdı

4
İyn
16:54
thumb_down 0

ABŞ "Minuteman III" qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib.

Bu barədə "RIA Novosti" amerikalı hərbçilərə istinadən məlumat verib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin iyunun 4-də və 6-da iki "Minuteman III" qitələrarası ballistik raketi buraxacağı ilə bağlı xəbərlər yayılmışdı. Atışların məqsədinin nüvə qüvvələrinin hazırlığının nümayiş etdirilməsi və onların effektivliyinin yoxlanılması olduğu bəyan edilib.

Xatırladaq ki, "Minuteman"ın əvvəlki sınaqları uğursuz olub.