Misirdə beşmərtəbəli bina çökdü: Dağıntılar altında qalanların olduğu ehtimal olunur

4
İyn
20:54
thumb_down 0

Misirin Nil çayının deltasında yerləşən Mit Hamr şəhərində beşmərtəbəli bina uçub.

Bu barədə əyalət mülki müdafiə bölmələrinin nümayəndəsi məlumat verib.

İlkin məlumatlara görə, dağıntılar altında qalanlar ola bilər.

Hadisə yerinə xilasedicilər və bir neçə təcili tibbi yardım briqadası gəlib, dağılmış binanın qalıqlarının təmizlənməsi istiqamətində iş aparılır. Evin yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.

İstintaq orqanlarının nümayəndələri beşmərtəbəli binanın uçmasının səbəblərini araşdırır.

Mənbə: TASS