Argentina prezidenti islahatları süni intellektin köməyi ilə aparmaq istəyir

5
İyn
00:54
thumb_down 0

Argentina Prezidenti Xavyer Miley dövlət idarəçiliyində islahatlar aparmaq üçün süni intellektdən istifadə etmək istədiyini bildirib.

"Biz hökumətin növbəti islahatının nə olacağına qərar veririk. Biz "Google"dan olan insanlarla danışdıq, onların hökumət islahatları üçün modulu var, amma biz buna süni intellektin köməyi ilə keçəcəyik", - deyə hökumət qarşısında çıxış edən Miley bildirib.

Qeyd edək ki, ötən həftə Argentina prezidenti "Google", "Apple", "Meta" və "OpenAI" şirkətlərinin rəhbərliyi ilə görüşmək üçün ABŞ-yə səfər edib. O, həmçinin süni intellekt sahəsində çalışan 30 şirkətin nümayəndələri ilə Argentinaya investisiyaları müzakirə edib.

Mənbə: TASS