Kolumbiya hökuməti 200 ton qızıl və qiymətli daşlar daşıyan əfsanəvi gəmini axtaracaq

5
İyn
07:36
thumb_down 0

Əfsanəvi "San Xose" gəmisinin üç əsr əvvəl batdığı yer Kolumbiya hakimiyyəti tərəfindən "mühafizə olunan arxeoloji ərazi" elan edilib.

18-ci əsrə aid gəmi milyardlarla dollar dəyərində qızıl, gümüş və zümrüd daşıyırdı.

İspaniya Krallığına məxsus gəmi 1708-ci ildə Kolumbiyanın Kartahena liman şəhəri yaxınlığında İngilis donanması tərəfindən batırılıb.

İndi Kolumbiyada onu tapmağa ümid edirlər. Hesablamalara görə, gəminin göyərtəsindəkilərin dəyəri 14 milyard avrodan çoxdur.

Mənbə: rossaprimavera.ru