Vladimir Putinin ailəsinin əcdadlarının mənşəyi məlum oldu

5
İyn
18:18
thumb_down 0

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Prezidenti Vladimir Putinin şəcərəsi nümayiş etdirilib.

Dövlət başçısının şəcərəsi "Kristian" Ailə ənənələri evinin stendində təqdim olunub.

Şirkət nümayəndəsinin sözlərinə görə, tədqiqat Vladimir Putinin qohumu Aleksandr tərəfindən sifariş edilib. Orta hesabla ekspertiza 10 aydan 12 aya qədər davam edir. Nəticədə məlum olub ki, prezidentin ailəsi Tver vilayətindəndir və onun əcdadları kəndli olublar.

Sosial şəbəkələrdə Putinin ailə ağacının fotoşəkilləri paylaşılıb. Şəkillərdə prezidentin ailəsinin 12 nəsli qeyd olunub.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Putin özünün aşağı təbəqədən olduğunu və fəhlə ailəsində böyüdüyünü bildirmişdi. Dövlət başçısının dediyinə görə, onun atası texnikum bitirib, usta işləyib, anasının isə orta təhsili belə olmayıb, o, dayə, dalandar, gecə gözətçisi işləyib.

Mənbə: RIA Novosti