İrəvan yaxınlığında güclü partlayış oldu

6
İyn
23:54
thumb_down 0

İrəvanın yaxınlığındakı Abovyan şəhərində yanacaqdoldurma məntəqəsində güclü partlayış olub.

Məlumata görə, Abovyan şəhərində qazdoldurma məntəqəsində partlayış baş verib.

"911 xidmətinə İrəvan-Sevan yolunun 2-ci kilometrliyində yanacaqdoldurma məntəqələrindən birində partlayış olduğu, nəticədə yanğın baş verdiyi barədə məlumat daxil olub. Oraya Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin döyüş briqadaları göndərilib. Ətraflı məlumat veriləcək", - ölkənin Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib.

Mənbə: Ermənistan KİV