ABŞ ballistik raketin ikinci təlim buraxılışını həyata keçirib

7
İyn
02:18
thumb_down 0

ABŞ bir həftə ərzində Vandenberq Hərbi Hava Qüvvələri bazasından "Minuteman III" qitələrarası ballistik raketinin (QBR) ikinci təlim buraxılışını həyata keçirib.

Bu barədə bazanın saytında yerləşdirilən məlumatda deyilir.

"Döyüş başlığı ilə təchiz olunmayan "Minuteman III" qitələrarası ballistik raket 6 iyun yerli vaxtla saat 01:46-da (Bakı vaxtı ilə 12:46 - red.) ABŞ Kosmik Qüvvələrinin Vandenberq bazasından sınaq çərçivəsində buraxılıb", - deyə bəyanatda qeyd olunub.

İlk təlimin buraxılışı iyunun 4-də baş tutub.

ABŞ ordusunun fikrincə, "Minuteman III" QBR-lərin təlimlərə buraxılması ABŞ-nin QBR arsenalının ABŞ-yə strateji rəqabət dövründə üstünlüyü təmin etməkdə hazırlığını, etibarlılığını və effektivliyini nümayiş etdirir.

Mənbə: TASS