Bakıda yeniyetmə qız qəzada xəsarət alıb

8
İyn
09:36
thumb_down 0

Bakının Nizami rayonunda 14 yaşlı yeniyetmə qız yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2010-cu il təvəllüdlü Zəhra Əvəz qızı Allahyarlı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.