SİFARİŞLİ "YAZILARA" "PİNE PARK" RESTORAN RƏSMİSİNDƏN AÇIQLAMA

8
İyn
10:30
thumb_down 0

Son günlər sifarişli yazılarla gündəmə gətirilən Sumqayıtdakı “Pine Park” restaranı yayılan məlumatla bağlı açıqlamasını “SəhərMedia” xəbər portalına bildirib.

Restoranın məsul şəxsi Miri bəy “SəhərMedia”-ya verdiyi açıqlamasında bildirib ki, bu yazılar qərəzlidir, həqiqəti əks etdirmir və kim tərəfindən sifarişlə yazıldığını bilirik. Belə qənaətə gəlmək olar ki, bu sifarişli yazılar jurnalist adına ləkədir və belə ucuz məlumatlarla özlərini reklam edən saytlar öz peşələrinə hörmət etmirlər.

Biz “SəhərMedia” xəbər portalı olaraq sözügedən “PinePark” restoranının fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin məkana getdik. Orda qonaqqarşılama, xidmət, gigiyenik təmizlik, işçi personalı seçimi və ən əsası yaşıllıqda salınan açıq bağdakı xidmət sahəsi belə həqiqətəndə yüksək səviyyədə idi.

Sifarişli yazıda qeyd olunan süni qiymət artımı heç bir reallığı əks etdirmirdi. Hətta deyərdik ki, bu cür yüksək səviyyədə xidmət edən restoranlar sırasında ən münasib qiymət menyusu olan restoranlardan biridir. Müştəri məmnuniyyətinə önəm verən “Pine Park” restoranı bura gələn qonaqların istirahəti üçün A-dan Z-yə hər şeyi yüksək səviyyədə düşünüb, insanların ailəlikcə rahat dincəlməsini təmin edir.

Məkanda canlı müsiqi, açıq və bağlı VİP kabinetlər, tədbir, ad günü və digər özəl günlərin keçirilməsi üçün hər cür şərait var.

P.S. “Pine Park” restoran rəhbərliyi bir neçə şəhid ailəsini öz himayəsinə götürüb, məkanda şəhid ailələri və qazilər üçün bəzi “restoranlardan” fərqli olaraq güzəştlər edir.

IMG20240607145747

IMG20240607145757

IMG20240607145817

IMG20240607145836

IMG20240607145848

IMG20240607145915

IMG20240607150039