Haitinin yeni seçilmiş baş naziri xəstəxanaya yerləşdirilib

9
İyn
10:36
thumb_down 0

Haitinin yeni seçilmiş Baş naziri Harri Konill astma tutmasından sonra xəstəxanaya çatdırılıb.

Qeyd olunub ki, baş nazirin nəfəs almasında problemlər yaranıb, bundan sonra o, dərhal xəstəxanaya yerləşdirilib.

Rəsmi açıqlamada hökumət başçısının özünü bir qədər pis hiss etdiyi və hazırda vəziyyətinin stabil olduğu bildirilib. Konillin xəstəxanada olması prezident keçid şurasının üzvlərindən biri tərəfindən təsdiqlənib.

Mənbə: Associated Press