Pakistanda partlayış: Yeddi təhlükəsizlik əməkdaşı həlak oldu

9
İyn
21:18
thumb_down 0

Əl istehsalı partlayıcı qurğunun işə düşməsi nəticəsində Pakistan təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı həlak olub.

Bu barədə "X"də (keçmiş "Twitter") təhlükəsizlik qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, partlayış Hayber-Paxtunxva əyalətində baş verib. Maşında hərbçilər olublar. Hazırda bu ərazidə yaraqlılar məhv edilir.

Pakistan Təhlükəsizlik Araşdırmaları Mərkəzinin məlumatına görə, 2023-cü ildə ölkədə 789 terror aktı baş verib. Onlar 1500-dən çox insanın ölümünə səbəb olub.

Mənbə: TASS