Rövşən Əsgərova cinayət işi açıla bilər

9
İyn
22:04
thumb_down 0

“Nə? Harada? Nə vaxt?” şousunun keçmiş oyunçusu Rövşən Əsgərov barədə cinayət işi açıla bilər.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, o, xarici agentlər haqqında qanunu pozmaqda ittiham edilir.

“Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməkdən yayındığına görə Əsgərova cinayət işi açıla bilər”, – hüquq-mühafizə orqanının əməkdaşı bildirib.

Qeyd olunub ki, bu baş verərsə və əməli sübuta yetirilərsə onu iki il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xatırladaq ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərov barəsində federal axtarışa da elan edib.