Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

10
İyn
15:54
thumb_down 0

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.

seher.media xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində o, azərbaycanlı həmkarı Zakir Həsənovla görüşəcək.

Gürcüstanın müdafiə naziri Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə əklil qoyub.

Gürcüstan nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını da ziyarət edib, "Əbədi məşəl" abidəsi önünə də əklil qoyub.