"Yeşilçam"ın məşhur aktyoru vəfat etdi

11
İyn
15:54
thumb_down 0

Məşhur türkiyəli aktyor, "Yeşilçam" filmlərinin və türk kinosunun tanınmış simalarından olan Murat Soydan 83 yaşında dünyasını dəyişib.

Bu barədə Soydanın qızı Mehveş Soydan öz "Instagram" hesabında məlumat verib.

"Canım atamı itirdik. Başımız sağ olsun", - deyə Mehveş Soydan bildirib.

Əsl adı Rüçhan Tercan olan aktyor əsasən Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik kimi tanınmış sənətçilərlə baş rolları paylaşıb.

Murat Soydan 1972-ci ildə "Zulüm" filmindəki roluna görə Antalya "Qızıl Portağal" Film Festivalında "Ən yaxşı kişi aktyoru" mükafatını qazanıb.

Sənətçi həmçinin "Kahveci güzeli", "Ah bir zengin olsam", "Devlerin öcü", "Son söz benim", "Altın tabancalı ajan", "Kurt dölü" ve "Kırmızı gece" kimi filmlərlə yanaşı, "Acı hayat", "Sinekli bakkal", "O hayat benim" seriallarında canlandırdığı obrazlarla da tanınıb.

Mənbə: Haber Global