İsrail ordusu "Hizbullah" liderinin məhv edildiyini elan edib

12
İyn
17:54
thumb_down 0

"Hizbullah" lideri Talib Abdullah məhv edilib.

Bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) məlumat verib.

İsrailin "Hizbullah"ın komanda mərkəzinə endirdiyi aviazərbə nəticəsində T.Abdullah və onun üç tərəfdarı ölüblər.

Qeyd olunur ki, bundan sonra qruplaşma İsrailin şimalına onlarla raket atıb.

Bundan əvvəl İsrail qırıcısı "Hizbullah"ın Livandakı raket buraxılış məntəqələrini vurmuşdu.

Mənbə: Reuters