Neftə tələbat pik həddə çatacaq: Ekspertlər tarixi AÇIQLADILAR

13
İyn
14:18
thumb_down 0

Dünya üzrə neftə tələbat 2029-cu ildə pik həddə çata bilər, bundan sonra bu növ xammala qlobal maraq tədricən azalmağa başlayacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) analitiklərinin proqnozuna istinadən məlumat verilib.

Ekspertlərin gözləntilərinə görə, 2024-cü ilin sonuna neftə qlobal tələbat sutkada 1 milyon barel artaraq 103,2 milyona çatacaq. Gələn il bu rəqəm daha bir milyon barel artaraq 104,2 milyona, 2026-cı ildə isə 800 min barel artaraq 105 milyona çatacaq.

Bundan sonra, BEA-nın proqnozlaşdırdığı kimi, dünyada neftə qlobal tələbat bir qədər azalacaq. 2027-ci ildə bu rəqəm sutkada 105,3 milyon barel, 2028-ci ildə isə 105,6 milyon barel olacaq. Qeyd olunur ki, 2029-cu ildə qlobal neft tələbi 2028-ci il səviyyəsində sabitləşəcək, 2030-cu ildə isə 105,4 milyon barrelə qədər azalacaq.

Mənbə: kommersant.ru