Ajda Pekkan 60 illik arzusunu gerçəkləşdirdi

14
İyn
03:54
thumb_down 0

Məşhur türkiyəli müğənni Ajda Pekkan karyerası ilə bağlı bir arzusunu gerçəkləşdirib.

Pekkan karyerasının 60-cı ilində stadionda konsert vermək arzusunu həyata keçirib.

O, Beşiktaş Tüpraş stadionunda azarkeşləri ilə görüşüb.

Aparıcılığını Çağla Şıkelin etdiyi konsertdə Ajda Pekkan nəhəng orkestr ilə çıxış edib. Onu məşhur ifaçılar Selda Bağcan, Nilüfer, Mazhar-Fuat, İşın Karaca, Hande Yener, Cem Adrian, Mabel Matiz, Semicenk, "Motive", "Norm Ender və xoru", həmçinin "Dolapdere Bing Gang" qrupu müşayiət ediblər.

Konsertdə hisslərini dilə gətirən sənətçinin sözlərinə görə, ilk dəfə "Avroviziya" mahnı müsabiqəsinə qatıldığı zaman belə bu qədər həyəcanlı olmayıb.

"60 illik arzum gerçəkləşdi. Çox dəyərli yol yoldaşlarımla birlikdə səhnədə çıxış edəcəyəm. Onlarla birlikdə olmaq mənim arzum idi. Qismət bu axşama imiş", - deyə o bildirib.

Mənbə: Haber Global