Məşhur serial bir sezon daha yayımlanacaq

14
İyn
05:36
thumb_down 0

HBO telekanalı populyar "Əjdaha Evi" serialının üçüncü mövsüm üçün yeniləndiyini elan edib.

Süjetin təfərrüatları, buraxılış tarixləri və digər detallar hələ açıqlanmayıb.

Daha əvvəl serialın iki sezon yayımlanacağı bildirilmişdi.

Xatırladaq ki, serialın öncəki mövsümü səkkiz epizoddan ibarət olub.Burada ilk mövsümün hadisələri davam etdirilib.

Qeyd edək ki, "Əjdaha evi" fantastik serialındakı hadisələr məşhur "Taxt Oyunları"ndan 200 il əvvəl baş verib və öz sələfinin prekveli hesab olunur. Şou Tarqaryen evinin iki qolu arasında hakimiyyət mübarizəsini təsvir edir.