Bayden Trampı təbrik etdi

14
İyn
23:18
thumb_down 0

ABŞ Prezidenti Co Bayden cümə günü sələfi və hakimiyyət uğrunda mübarizədəki rəqibi Donald Trampı doğum günü münasibətilə təbrik edib.

"78 yaşın mübarək, Donald. Bu sözləri bir qocadan digərinə olduğu kimi qəbul et. Yaş sadəcə rəqəmdir. Amma bu seçki seçim məsələsidir", - Bayden "X" sosial şəbəkəsindəki (keçmiş "Twitter") rəsmi hesabında yazıb.

Dövlət başçısı təbrikinə 30 saniyəlik video əlavə edib, orada Tramp və Baydenin görüntüləri musiqi fonunda növbələşir.

Mənbə: RİA Novosti