İsrail ordusu Qəzzada taktiki pauzanın aradan qaldırıldığını açıqladı

17
İyn
09:54
thumb_down 0

"İsrail Müdafiə Ordusu (SAXAL) HƏMAS tamamilə məhv edilməyənə qədər Rəfahda hərbi əməliyyatları davam etdirəcək".

Bu açıqlama ilə SAXAL-ın Cənub Komandanlığının rəhbəri general-mayor Yaron Finkelman çıxış edib.

"Bizim vəzifəmiz irəliləməyə davam etməkdir. Biz onları darmadağın edənə qədər əməliyyatları davam etdirəcəyik", - deyə israilli general vurğulayıb.

Xatırladaq ki, ötən gün İsrail ordusu humanitar məqsədləri əsas tutaraq anklav ərazisində döyüş əməliyyatlarına lokal taktiki pauzanın tətbiq edildiyini açıqlamışdı.

Mənbə: Times of Israel